featured-image-28837

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqası ilə Çempionlar Liqasını müqayisə edib.

Msport.az “Marca”ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis hələ “Real”la görüş barədə düşünmədiyini deyib:
“Mən adətən növbəti oyun haqqında fikirləşirəm. Premyer Liqanın qalibi olmaq Çempionlar Liqasını qazanmaq kimi bir şeydir. Odur ki, indi bütün diqqətim “Fulhem”lə matça yönəlib. Sonra “Vest Hem”, daha sonra isə “Lids”. Yalnız bu görüşlər bitəndən sonra “Real”la qarşılaşmaya hazırlaşacağıq.
Biz son oyunun nəticəsindən çox razıyıq. Bilirəm ki, 20 yox, cəmi 7 oyun qalıb. Amma bu yeddi görüş çox vacibdir. Həm də bu matçların arasında Çempionlar Liqası oyunu da var’.
Xatırladaq ki, “Siti” Premyer Liqanın son turunda “Arsenal” üzərində qələbə qazanıb – 4:1.
“Şəhərlilər” mayın 9-da Çempionlar Liqasının yarımfinalında “Real”la üz-üzə gələcək.

ANAR

Bənzər xəbərlər