Premyer Liqaya qayıtdılar – “Lids” və “Bernli”
İngiltərə Premyer Liqasına yüksələn iki komanda müəyyənləşib.
Msport.az xəbər verir ki, “Lids” və “Bernli” 2025-26 mövsümündən yenidən elitada çıxış edəcək.
Adıçəkilən klublar Çempionşipin 44-cü turundan sonra Premyer Liqaya vəsiqəni rəsmiləşdiriblər. Aktivində 94 xal olan bu komandalar ən yaxın izləyicilərini 8 xal qabaqlayırlar.
Premyer Liqaya yüksələcək 3-cü komanda isə Çempionşipdə 3-6-cı yerləri tutan komandalar arasında keçiriləcək pley-off matçlarından sonra bəlli olacaq.