featured-image-42430

Niderlandda Amsterdama külli miqdarda narkotiki qaçaqmalçılıq yolu ilə gətirməkdə ittiham olunan Moskva “Spartak”ının hücumçusu Kvinsi Promesin cinayət işinə baxılır.

Msport.az “championat” nəşrinə istinadən xəbər verir ki, futbolçu məhkəmə iclasında iştirak etmir. Prokurorluq onu vətəninə ekstradisiya etməyə çalışsa da, bu cəhdlər uğursuz alınıb.

Promes hazırda BƏƏ-də “Spartak”ın qış təlim-məşq toplanışındadır. Narkotik qaçaqmalçılığı işi üzrə məhkəmənin qərarı bu gün veriləcək.

Bənzər xəbərlər