featured-image-42894

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Monteneqro yığmasına rəhbərlik edəcək.

Msport.az Monteneqro Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssislə bir illik müqavilə imzalanacaq.

Xorvatiyalı çalışdırıcı fevralın 4-də sözügedən ölkəyə yollanaraq sözləşməyə qol çəkəcək. Onun yeni komandası ilə debütü Belarusla yoldaşlıq matçına təsadüf edəcək. Qarşılaşma martın 21-də Antalyada keçiriləcək.

Hazırda “Qarabağ”da çıxış edən Marko Veşoviç və Marko Yankoviç da Monteneqro milli komandasının üzvləridir.

Qeyd edək ki, Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan yığmasının baş məşqçisi olub.

Bənzər xəbərlər