featured-image-20917

“Milan”ın baş məşqçisi Stefano Pioli İtaliya Superkubokunda “İnter”ə məğlubiyyəti (0:3) şərh edib.

Msport.az “Mediaset”ə istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis komandasının psixoloji baxımdan yaxşı formada olmadığını deyib:

“Birinci hissədə həddən artıq çox səhvlər buraxırdıq və sonra artıq vəziyyəti dəyişmək çətin idi. İkinci hissənin əvvəlində oyunda dönüş yaratmaq istədik, ancaq çox şeyə nail olmadıq.

İndi psixoloji baxımdan heç də yaxşı formada deyilik, lakin artırmaq lazımdır. Yegənə yol keyfiyyətlə işləmək, səviyyəni artırmaqdır.

Bu ağrıverici məğlubiyyətdir. Biz kuboku qazanmaq istəyirdik. Ancaq mövsüm davam edir. Qayıdıb əvvəlki oyunlarımızı göstərməliyik”.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər