featured-image-41579

Fransa Superkubokunun qalibi müəyyənləşib.

Msport.az xəbər verir ki, həlledici matçda PSJ və “Tuluza” komandaları üz-üzə gəliblər.

Rəqibini 2:0 hesabı ilə üstələyən Paris təmsilçisi titula sahib çıxıb.

Bundan əlavə, PSJ bütün turnirlərdə məğlubiyyətsizlik seriyasını 9 matça çatdırıb, komanda sonuncu dəfə noyabrın 7-də Çempionlar Liqasının qrup mərhələsində İtaliyanın “Milan” komandasına səfər oyununda (1:2) uduzub.

PSJ 12-ci dəfə Fransa Superkubokunu qazanıb – bu turnirin rekordudur. Bu göstəricidə ən yaxın təqibçi adı səkkiz titul sahibi olan “Lion”dur.

Bənzər xəbərlər