featured-image-26873

PSJ 2023-cü ildə demək olar ki, oyunlarının yarısında uduzub. Msport.az “Opta Sports”a istinadən xəbər verir ki, Kristof Qaltyenin komandası Fransa çempionatının 29-cu turunda “Lion”a məğlub olub – 0:1.

Paris klubu bu il bütün turnirlərdə 18 matçın 8-də xalsız qalıb. Paytaxt təmsilçisi Fransa kubokunda “Marsel”ə (1:2), Liqa-1-də “Monako”ya  (1:3), “Bayern Münhen”ə iki dəfə Çempionlar Liqasında (0:1, 0:2), həmçinin “Renn” (0:2) və indi “Lion”a (0:1) uduzub.

Sonuncu dəfə belə uğursuz dövr 2001-ci ildə olub. Həmin vaxt PSJ 18 oyunun 9-da məğlub olmuşdu.

ANAR ABDULLAYEV  

Bənzər xəbərlər