featured-image-51467

Fransanın PSJ kluby “Renn”də çıxış edən Desire Dueni heyətinə qatmaq istəyir

Msport.az xəbər verir ki, 19 yaşlı oyunçu Paris təmsilçisinin sahibi Nasser el-Xelaifi və idman direktoru Luis Kamposun əsas hədəfidir.

Bir qədər əvvəl fransızlar “Bavariya”nın 55 milyon avroluq təklifini rədd etmişdi. PSJ gənclər millisinin üzvü üçün daha yüksək məbləğ təklif etməyə hazırlaşır.

Qeyd edək ki, Desire Duenin “Renn”lə müqaviləsi 2026-cı ilin yayına kimidi. O, ötən mövsüm 43 oyunda 4 qol, 6 assistlə yadda qalıb.

Bənzər xəbərlər