featured-image-47413

PSJ rəhbərliyi baş məşqçi Luis Enrikenin müqaviləsinin uzadılması barədə qərar qəbul edib. Msport.az “L`Equipe”ə istinadən xəbər verir ki, Paris klubu ispaniyalı mütəxəssisin fəaliyyətindən razı qalıb.

Payaxt təmsilçisi Enrikenin rəhbərliyi altında ulduzlar olmadan belə, effektiv oyun göstərə bilir. PSJ rəsmiləri 53 yaşlı məşqçinin gənc futbolçularla işləmək bacarığını da bəyənirlər.

Enrikenin PSJ ilə müqaviləsi 2025-ci ilin iyununa kimidir.

Qeyd edək ki, parislilər onun rəhbərliyi altında Liqa-1-də vaxtından əvvəl çempionluğu rəsmiləşdiriblər.

Bənzər xəbərlər