featured-image-27699

PSJ klubu baş məşqçisi Kristof Qaltyeyə və ailəsinə təhdidlərlə bağlı mühafizə ayırıb.

Msport.az “RMC Sport”a istinadən xəbər verir ki, bu gün fransalı mütəxəssisin “Nitsa”da işləyən zaman irqçiliyə yol verdiyi məlum olub. O, həmin vaxt idman direktoruna deyib ki, “komandada qaradərili futbolçular və müsəlmanlar bu qədər çox olmalı deyil”.
Bundan sonra Qaltyeyə gün ərzində 5000-ə yaxın zəng və mesaj gəlib. Əksər hallarda o təhdid olunub. Bununla əlaqədar olaraq, klub məşqçini və ailəsini mühafizə ilə təmin edib.
56 yaşlı mütəxəssis təhdidlərdən dolayı polisə müraciət edib.
PSJ özü də daxili araşdırmaya başlayıb.

ANAR

Bənzər xəbərlər