PSJ – “Bayern Münhen” oyununun hakimləri açıqlandı
Çempionlar Liqasının 1\8 final mərhələsinin ilk iki oyununu idarəcək hakimlərin adları açıqlanıb.
Msport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, PSJ – “Bayern Münhen” matçında ingiltərəli Maykl Oliver iş başında olacaq. Ona həmyerliləri Stüart Bert, Saymon Benett kömək edəcəklər. Dördüncü hakim funksiyasını Endi Medli yerinə yetirəcək. VAR-da isə Tomaş Kvyatkovski (Polşa) və Stüart Ettuell (İngiltərə) yer alacaqlar.
“Milan” – “Tottenhem” görüşü isə isveçrəli Sandro Şererə tapşırılıb. Yan xətt hakimləri: Stefan De Almeyda, Bekim Zoqay. Dördüncü hakim: Lukas Fendrix (hamısı İsveçrə). VAR hakimi: Marko Frits (Almaniya), AVAR: Fedai San (İsveçrə).
Hər iki oyun fevralın 14-də gecə saat 12-də başlayacaq.
ANAR ABDULLAYEV







