featured-image-20771

PSJ Səudiyyə Ərəbistanında yoldaşlıq oyunu keçirəcəyi üçün 10 milyon avro qazanacaq.

Msport.az “L`Equipe”ə istinadən xəbər verir ki, Paris klubu yanvarın 19-da Ər-Riyadda “Əl Hilal” və “Əl Nəsr” klubunun ulduzlarından ibarət komanda ilə qarşılaşacaq. “Əl Nəsr”in ulduzu Kriştiano Ronaldonun da meydana çıxması gözlənilir.

Bu matç Fransa təmsilçisinin büdcəsinə 10 milyon avro qazanc gətirəcək. PSJ bu məbləği 2022-2023-cü illər mövsümünün büdcəsinə daxil edəcək. Parislilər ötən illə müqayisədə maliyyə nəticələrini daha yaxşı göstərmək istəyirlər.

Ötən mövsüm PSJ-nin ziyanı 369 milyon avro idi.

ANAR ABDULLAYEV  

 

Bənzər xəbərlər