PSJ-də itki
Braziliya millisinin və PSJ klubunun futbolçusu Markinyos zədələnib.
Msport.az xəbər verir ki, təcrübəli müdafiəçi Argentinaya qarşı DÇ-2026-nın seçmə mərhələ oyununda sıradan çıxıb.
Onun nə vaxt yaşıl meydanlara qayıdacağı hələlik bəlli deyil.
Qeyd edək ki, Braziliya seçməsi həmin qarşılaşmada 0:1 hesabı ilə uduzub.







