featured-image-21976

PSJ-nin hücumçusu Kilian Mbappe Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçını – “Bayern”lə ev oyununu buraxa bilər.

Msport.az xəbər verir ki, ulduz futbolçu “Monpelye”yə qarşı Liqa 1 qarşılaşmasında (3:1) dizindən xəsarət alıb.

Həmin görüşün 20-ci dəqiqəsində əvəzlənən Mbappe ilkin ehtimallara görə, 2 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Xatırladaq ki, PSJ – “Bayern” oyunu fevralın 14-də keçiriləcək.

Bənzər xəbərlər