PSJ-də problem
PSJ Messi və Neymarın klubdan ayrılmasından sonra problemlə üzləşib.
Msport.az GFFN nəşrinə istinadən xəbər verir ki, ölkə çempionu sponsorlarla problem yaşayır.
Bir çox şirkət əməkdaşlığa son qoymaq niyyətindədir.
Bundan əlavə, Paris təmsilçisinin bilet satışı səngiyib və sosial şəbəkələrdə abunəçilərinin sayı 10-15 milyon nəfər azalıb.
Qeyd edək ki, Lionel Messi ABŞ-nin “İnter Mayami”, Neymar isə Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib.