PSJ-də qalmaqal: Neymar klub rəsmisi ilə dalaşdı
PSJ-nin hücumçusu Neymar Fransa çempionatının 23-cü turunda “Monako”ya məğlubiyyətdən (0:2) sonra paltardəyişmə otağında klubun məsləhətçisi Luiş Kampuşla dalaşıb.
Msport.az RMC Sport-a istinadən xəbər verir ki, oyun başa çatan kimi braziliyalı futbolçu Kampuşla portuqal dilində mübahisə edib.
Mənbənin sözlərinə görə, tərəflər bir-birləri ilə yüksək tonda danışıblar. Bu mübahisədə fəal iştirak edənlərdən biri də Paris təmsilçisinin kapitanı Markinyos olub.
Qeyd edək ki, PSJ ardıcıl 2-ci oyunda məğlub olub. Bundan əvvəl Kristof Qaltyenin komandası “Marsel”ə 1:2 hesabı ilə uduzaraq, kubokda 1\8 finalda mübarizəni dayandırmışdı.
ANAR ABDULLAYEV







