PSJ-də yeni 5 illik müqavilə
PSJ-nin müdafiəçisi Nuno Mendeşin taleyinə aydınlıq gəlib.
Msport.az xəbər verir ki, Portuqaliya millisinin üzvü hazırkı komandasında qalmaq qərarına gəlib.
Fransa klubu 22 yaşlı sol cinah müdafiəçisi ilə müqaviləsini də yeniləyib. Sözləşmə 5 il müddətinə uzadılıb. Maaş artımı hesabına Mendeş Paris komandasının ən çox məvacib alan futbolçularından birinə çevriləcək.