PSJ-də yeni müqavilə
Fransanın PSJ klubu futbolçusu Əşrəf Hakimi ilə müqavilənin müddətini uzadacaq.
Msport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, mərakeşli oyunçunun yeni sözləşməsi 2029-cu ilin yayınadək nəzərdə tutulacaq.
Qeyd edək ki, Əşrəf Hakimi 2021-ci ildən PSJ-də çıxış edir.