PSJ-də yeni yarımmüdafiəçi
Fransanın PSJ klubu Braziliyanın “Korintians” komandasının yarımmüdafiəçisi Qabriel Moskardonun keçidi ilə bağlı razılığa gəlib.
Msport.az ESPN-ə istinadən xəbər verir ki, Paris təmsilçisi 18 yaşlı yarımmüdafiəçi üçün qarşı tərəfə 20 milyon avro ödəyəcək.
Moskardo klubla beşillik müqavilə imzalayacaq.
Qeyd edək ki, Qabriel Moskardo bu il əsas komandada debüt edib. O, komandada 25 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.







