PSJ-dən antirekord
Fransanın PSJ klubu antirekorda imza atıb.
Msport.az “Opta”ya istinadən xəbər verir ki, bu, Liqa 1-in XIV turunda “Oser”lə qolsuz heç-heçə başa çatan matçda gerçəkləşib.
Luis Enrikenin baş məşqçisi olduğu komanda görüş ərzində çərçivəyə 11 zərbə endirib. Lakin ölkə çempionu istəyinə çata bilməyib.
2006/2007 mövsümündən bəri Liqa 1-də çərçivəyə 10-dan zərbə endirən hansısa komanda qolsuz qalmayıb.
Qeyd edək ki, PSJ 34 xalla çempionatda liderdir.