PSJ-dən ayrıldı, Türkiyədə oynayacaq
PSJ-nin müdafiəçisi Layven Kurzava klubu azad agent kimi klubu tərk edəcək.
Msport.az xəbər verir ki, 31 yaşlı fransalı müdafiəçi Paris klubuna razı olmayıb.
Onun müqaviləsi 2024-cü il iyunun 30-da başa çatır. Tərəflər müqaviləni yeniləməmək qərarına gəliblər.
Kurzava 2015-ci ildən PSJ-də çıxış edir. Onun aktivində 154 oyun, 14 qol və 23 məhsuldar ötürmə var. Futbolçu “Monako” və “Fulhem”də də çıxış edib. Kurzavanın Türkiyə klublarından birində oynayacağı gözlənilir.