PSJ-dən “Benfika”ya 60 milyon avroluq təklif
“Benfika”nın hücumçusu Qonçalo Ramoş PSJ-yə keçə bilər.
Msport.az xəbər verir ki, Paris klubu 21 yaşlı futbolçu üçün qarşı tərəfə 60 milyon avro təklif edib. “Benfika”nın bu məbləğə razılaşacağı gözlənilir.
PSJ həmçinin portuqaliyalının agenti ilə də müsbət nəticələnən ilk danışıqlar aparıb.
Qeyd edək ki, Ramoş son mövsüm ərzində 44 oyuna 27 qol vurub, 5 assist edib.
Royal Türksoy







