featured-image-53073

PSJ baş məşqçisi Luis Enrike ilə bağlı qərarını qətiləşdirib.

Msport.az xəbər verir ki, Fransa klubu ispaniyalı mütəxəssislə əməkdaşlığı davam etdirmək istəyir.

Tərəflər arasında yeni müqavilə ilə bağlı danışıqların tezliklə başlaması gözlənilir. Həm rəhbərlik, həm də Enrike yeni sazişə müsbət yanaşır. Mövsümün gedişində əməkdaşlığın davamı barədə qərar rəsmiləşəcək.

Qeyd edək ki, Luis Enrikenin hazırkı müqaviləsi 2025-ci ilin yayına kimidi.

Bənzər xəbərlər