featured-image-35311

PSJ rəhbərliyi hücumçu Kilian Mbappenin “Park de Prens” stadionuna girişinə qadağa qoymağı planlaşdırır.

Msport.az xəbər verir ki,  Paris təmsilçisi bununla oyunçunun kluba lazım olmadığını bildirmək istəyir. PSJ ilə 2024/2025 mövsümü üçün müqavilənin avtomatik uzadılması variantından imtina edən fransalı forvard gələn ilin iyununda azad agent olacaq.

İddiaya görə, Mbappe bu yay “transfer pəncərəsi”ndə İspaniya “Real”ına keçmək niyyətindədir.

Ulduz futbolçu ötən mövsüm PSJ-nin heyətində 34 liqa oyununa çıxıb, 29 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bənzər xəbərlər