featured-image-45842

Fransanın PSJ klubu yeni stadion inşa etməyi planlaşdırır

Msport.az “Football News France” nəşrinə istinadən xəbər verir ki, artıq Paris təmsilçisinin baş katibi Jan-Pyer Şole Şəhər Planlaşdırma və İnkişaf İdarəsinə yeni arena tikmək planları ilə bağlı məktub göndərib.

Məktubda klubun Parisin 20 kilometr radiusunda stadion tikmək istəyi barədə bildirilib. Şole həmçinin hökumətdən xahiş edib ki, yeni oyun meydançasının tikintisi üçün onlara 50 hektarlıq ərazi ayrılsın.

Qeyd edək ki, PSJ hazırda ev oyunlarını 48 min yerlik “Parc des Princes”-də keçirir.

Bənzər xəbərlər