featured-image-46099

PSJ klubu Fransa Kubokunda rekorda imza atıb.

Msport.az xəbər verir ki, Paris təmsilçisi buna yarımfinal mərhələsində “Renn”ə qalib gəlməklə nail olub.

Komanda turnirin finalında ən çox oynayan komanda kimi tarixə düşüb. PSJ 19 final görüşündə iştirak edən “Marsel”i geridə qoyub.

Qeyd edək ki, parislilərin finaldakı rəqibi “Lion” olacaq. Qarşılaşma mayın 25-də baş tutacaq.

Bənzər xəbərlər