PSJ Hernandeslə razılaşdı
“Bayern Münhen”in müdafiəçisi Lukas Hernandes PSJ-yə keçəcək.
Msport.az xəbər verir ki, Paris klubu futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
Hernandesin transferi üçün PSJ Bundesliqa klubuna 35-40 milyon avro ödəyəcək.
Qeyd edək ki, Lukas 2019-cu ildən “Bayern”in şərəfini qoruyur. O, son mövsüm ərzində cəmi 11 matçda iştirak edib və 1 qol vurub
Royal Türksoy







