featured-image-65076

Dortmund “Borussiya”sının hücumçusu Seru Qirassi PSJ-nin əsas transfer hədəfinə çevrilib.

Msport.az xəbər verir ki, Paris klub hücum xəttini qvineyalı forvardla gücləndirmək istəyir.

Transferin baş tutmasında komandanın baş məşqçisi Luis Enrike şəxsən maraqlıdır. Oyunçunun sərbəstqalma məbləği 70 milyon avrodur. Lakin bu maddə yalnız “Real”, “Barselona”, “​​Mançester Yunayted”, “Mançester Siti”, “Liverpul”, “Çelsi” və “Arsenal” üçün mövcuddur. Futbolçunun hazırkı komandasında da qalmağa hazır olduğu qeyd edilir.

Seru Qirassi cari mövsüm klubunda 44 matçda 33 qol vurub və 9 məhsuldar ötürmə edib. O, ötən yaydan “Borussiya”da çıxış edir.

Bənzər xəbərlər