PSJ hücumçusunu itirdi
PSJ ciddi itki ilə üzləşib.
Msport.a xəbər verir ki, Paris klubunun futbolçusu Dezire Due zədələnib.
Fransa çempionatında “Loryan”la oyunda xəsarət alan millinin hücumçusu meydanı xərəkdə tərk edib. Duenin son durumu tibbi müayinədən sonra bilinəcək.
PSJ “Loryan”la heç-heçə edib – 1:1.







