featured-image-69271

PSJ ilə Fransa Futbol Federasiyası arasında narazılıq yaranıb. Msport.az xəbər verir ki, Paris klubu Usman Dembele və Dezire Dunun millinin düşərgəsində zədələnməsinə görə bəyanat yayıb.

Qeyd olunur ki, klubdan federasiyaya hər iki futbolçunun çox yükləndiyi barədə məlumar verilib. Hər iki oyunçu yığmada zədə aldıqdan sonra PSJ federasiya qarşısında yeni idman-tibbi pratakolunun hazırlanması barədə məsələ qaldırıb.

Qeyd edək ki, Dembelenin ən azı 6 həftə yaşıl meydanlardan kənarda qalması gözlənilir.

Fransa DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupdadır.

 

 

Bənzər xəbərlər