PSJ imtina edir, “Mançester Yunayted” tək qalır
“Mançester Yunayted” hələ də Viktor Qyokereşin transferini planlaşdırır.
Msport.az xəbər verir ki, “qırmızı şeytanlar” hazırda bütün diqqətini hücum xəttini gücləndirməyə kökləyib.
Hazırda “Sportinq”lə danışıqlar aparılır. Premyer Liqa təmsilçisinin baş məşqçisi Ruben Amorim İsveç millisinin üzvünü “Sportinq”dən tanıyır və bu transferin reallaşmasını istəyir.
PSJ isə bu keçidə ehtiyatla yanaşır. Baş məşqçi Luis Enrike mərkəz hücumçusunun böyük məbləğ qarşılığında alınmasında maraqlı deyil.