featured-image-46555

İtaliyanın “İnter” klubunun futbolçusu Markus Tyuram karyerasını Fransa davam etdirə bilər.

Msport.az “Football Italia” nəşrinə istinadən xəbər verir ki, hücumçu yay transfer pəncərəsi üçün PSJ-nin əsas hədəfləri sırasındadır.

Paris təmsilçisi Kilian Mbappeyə əvəzləyici axtarır. Ona görə də Tyuramın hücumun mərkəzində və cinahlarda oynamaq bacarığını yüksək qiymətləndirirlər.

“İnter” isə forvardın transferi üçün azı 80 milyon avro tələb edir.

Qeyd edək ki, fransalı oyunçu cari mövsüm İtaliya klubunun heyətində 40 matçda 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər