PSJ “İnter”in yarımmüdafiəçisi ilə maraqlanır
PSJ “İnter”in yarımmüdafiəçisi Nikolo Barellanın transferində maraqlıdır. Msport.az 90min”ə istinadən xəbər verir ki, Fransa klubu Milan təmsilçisinə konkret təklif göndərsə, futbolçu bunu dəyərləndirə bilər. Parislilərin kompensasiya kimi hazırda “Yuventus”da icarə əsasında çıxış edən Leandro Paredesi də təklif etmələri mümkündür.
Barella ilə “Liverpul”, “Çelsi” və “Mançester Siti” də maraqlanır.
26 yaşlı yarımmüdafiəçi bu mövsüm “İnter”də 41 oyunda 8 qol vurub və səkkiz məhsuldar ötürmə verib. Onun müqaviləsi 2026-cı ilə kimi nəzərdə tutulub.
ANAR ABDULLAYEV







