featured-image-467

“Tottenhem”in baş məşqçisi Antonio Konte PSJ-ni çalışdıra bilər. Msport.az Calcionercato-ya istinadən xəbər verir ki, Paris klubu italiyalı mütəxəssislə danışıqlara başlayıb.

Konte ötən ilin noyabrında “Tottenhem”lə 18 aylıq müqavilə bağlayıb. Müqavilədə 2021-2022-ci illər mövsümü başa çatanda klubdan ayrıla bilmə ilə bağlı bənd var.

PSJ-nin təklifi Kontenin marağına səbəb olsa da, London klubu baş məşqçisini ən azı 2022-2023-cü illər mövsümünün sonuna kimi vəzifəsində saxlamaq istəyir.

Qeyd edək ki, PSJ-nin mövsümün sonunda Mauritsio Poçettino ilə yollarını ayıracağı gözlənilir.

Bənzər xəbərlər