featured-image-31544

PSJ yeni futbolçu transferini gerçəkləşdirməyə yaxındır.

Msport.az məşhur insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, “Malyorka”nın yarımmüdafiəçisi Li Kanq İn Paris təmsilçisiylə uzunmüddətli müqavilə ilə bağlı şifahi razılığa gəliblər. Koreyalı futbolçu artıq tibbi müayinənin əsas hissəsindən keçib.

PSJ hazırda 22 yaşlı futbolçunun transferi üçün “Malyorka” ilə son danışıqları aparır.

Qeyd edək ki, Kanq İn son mövsüm La Liqada 36 oyun keçirib və 6 qol vurub.

Royal Türksoy

Bənzər xəbərlər