PSJ dünya çempionunu istəyir
Argentina millisinin və İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Xulian Alvares karyerasını Fransada davam etdirmək ehtimalı var.
Msport.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
O bildirib ki, 24 yaşlı hücumçu “şəhərlilər”dən ayrılmaq niyyətindədir.
PSJ forvardla maraqlanır.
“Mançester Siti” hücumçunu qalmağa razı salmasa, parislilər danışıqlara başlayacaq. Yaxın vaxtlarda ingilis nəhənginin nümayəndələrinin vəziyyəti müzakirə etmək üçün oyunçunun ətrafı ilə görüşəcəyi gözlənilir.
Hazırkı dünya çempionunun müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.