featured-image-33812

PSJ hücumçusu Kilyan Mbappeni Yaponiyada keçiriləcək təlim-məşq toplanışına aparmamaq qərarına gəlib.

Msport.az “L’Equipe”ə istinadən xəbər verir ki, Paris klubunun rəhbərliyi hesab edir ki, müqaviləsi 2024-cü ilin iyununda başa çatacaq Kilyanın “Real Madrid”lə gizlin anlaşması var.

Mbappeyə bu qərar barədə dünən PSJ-nin bazasında “Havr”la yoldaşlıq oyunundan (2:0) sonra məlumat verilib.

24 yaşlı futbolçunun daha əvvəl “Real”la şəxsi müqavilənin şərtlərini artıq razılaşdırdığı bildirilirdi. Fransız hücumçu Madriddə illik 54 milyon avro məvacib alacaq.

Eyni zamanda, “Real Madrid”in Mbappenin PSJ-dən transferi üçün 180 milyon avrodan çox pul ödəmək fikrində olmadığı bildirilirdi. Son Fransa çempionu isə 180 milyon avro, həmçinin bonus olaraq 47 milyon avro tələb edir. PSJ 2024-cü ildə Mbappeni pulsuz itirməmək üçün bu və ya digər şəkildə onu satmağa məcbur olacaq.

Royal Türksoy

Bənzər xəbərlər