PSJ Mbappenin əvəzedicisini tapdı
PSJ klubdan ayrılacağı gözlənilən Kilyan Mbappeyə əvəzedici tapıb.
Msport.az xəbər verir ki, Paris təmsilçisi ”Benfika”nın hücumçusu Qonsalo Ramuşla maraqlanır. PSJ rəhbərliyi yaxın günlərdə qarşı tərəflə danışıqlara başlamaq niyyətindədir. “Qartallar” Portuqaliya millisinin hücumçusunu 80 milyon avroya satmağa hazırdı.
Ramuş “Benfika”nın yetirməsidir. 22 yaşlı futbolçu ötən mövsüm ərzində 47 oyunda meydana çıxıb, 27 qol və 5 assistlə yadda qalıb.
Qeyd edək ki, Mbappenin “Real Madrid”ə keçəcəyi təxmin edilir.
Royal Türksoy







