PSJ Mbappenin satışı ilə bağlı danışıqlara başladı
PSJ Kilian Mbappenin satışı ilə bağlı “Real”la danışıqlara başlayıb. Msport.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisinin qətərli rəhbərləri hücumçunun müqaviləsini uzatmamaq istəyini ötən həftədən bilirdilər.
Bu səbəbdən PSJ Kristof Qaltyenin yerinə yeni baş məşqçini də müəyyənləşdirə bilmir.
Paris klubu liderini havayı itirmək istəmir və bu səbəbdən “Real”ın prezidenti Florentino Pereslə təmasa keçiblər. Onlar Mbappeni bu yay satmaq istəyirlər.
PSJ forvardı 24 yaşlı 200 milyon avrodan aşağı buraxmayacaq.
ANAR







