featured-image-42290

Fransanın PSJ klubunda Kilian Mbappeni əvəzləyə biləcək futbolçunun adına aydınlıq gəlib.

Msport.az “Realmadrid Exclusivo” nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi artıq həmin mövqeyə oyunçu tapıb.

Bu, Almaniya millisinin və “Bavariya”nın üzvü Leroy Sanedir. Bildirilib ki, komandanın baş məşqçisi Luis Enrike 28 yaşlı futbolçunun oyununu çox bəyənir.

Bundan əlavə, “Barselona”nın da Sane ilə maraqlandığı vurğulanıb.

Qeyd edək ki, o, cari mövsüm bütün turnirlərdə 9 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər