featured-image-52982

Fransanın PSJ klubu UEFA Çempionlar Liqasından kənarlaşdırıla bilər.

Msport.az “Le Monde” nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisinin sabiq futbolçusu Kilian Mbappeyə borcunu ödəmədiyi üçün cəzalandırılmaq ehtimalı var.

Hücumçu Paris təmsilçisinin 55 milyon avro borcu ilə bağlı Fransa Peşəkar Futbol Liqasına (LFP) və UEFA-ya müraciət edib.

Əgər klub günahkar bilinsə, LFP PSJ-yə transfer qadağası qoya və UEFA lisenziyasını ləğv edə bilər.

Qeyd edək ki, 2017-ci ildən Fransa çempionunun formasını geyinən Mbappe cari mövsümün əvvəlində İspaniyanın “Real” klubuna keçib.

Bənzər xəbərlər