PSJ Mbappeyə qiymət qoydu
PSJ-nin Kilian Mbappeni satmaq istədiyi məbləğ məlum olub. Msport.az “L`Equipe”ə istinadən xəbər verir ki, Paris klubu 2017-ci ildə “Monako”dan 180 milyon avroya aldığı hücumçuya ən azı 150 milyon qiymət qoyub.
PSJ bu məsələdə sərt mövqe tutub: Futbolçu ya müqaviləsini uzatmalıdır, ya da bu yay satılacaq.
Fransa klubu forvardı Yaponiyaya mövsüm öncəsi turneyə aparmaqdan imtina edib.
PSJ-nin 24 yaşlı hücumçunu avqustun 1-də transferə çıxaracağı haqda xəbər yayılıb. Mbappe iyulun sonuna kimi müqaviləsini uzada bilər.
ANAR







