PSJ menecerlərə rekord məbləğdə pul ödəyib
PSJ ötən mövsüm menecerlərə rekord məbləğdə ödəniş edib.
Msport.az xəbər verir ki, Paris klubu 2021-ci ilin 1 iyulundan 2022-ci ilin 30 iyununadək vasitəçilərə 39,44 milyon avro verib.
“Marsel” menecerlərə 10, “Monako” isə 9,2 milyon ödəyib.
Qeyd edək ki, bu rəqəm PSJ üçün rekord olub. 2017-2018-ci illər mövsümündə futbolçuların nümayəndələrinə 23,2 milyon xərclənmişdi. Sonrakı illərdə isə bu rəqəm 25,8 milyon , 26,9 milyon və 28, 45 milyon olub.
Futbolçuların transferləri ilə bağlı digər klublara isə 181 milyon avro köçürmə edilib.