featured-image-25198

PSJ rəhbərliyi Lionel Messi və Serxio Ramosun müqaviləsini uzatmaq üçün mövsümün sonunu gözləyəcək.

Msport.az “L`Equipe”ə istinadən xəbər verir ki, maliyyə fair-play-i Paris klubunu çətin vəziyyətə salıb.

PSJ rəsmiləri dəfələrlə argentinalı futbulçunun heyətdə saxlanılmasının vacibliyini vurğulayıblar. Lakin maliyyə fair play-nə görə, PSJ-yə növbəti sanksiyalar gələ bilər və bu da vəziyyəti bir qədər gərginləşdirib.

Klub bu yaxınlarda 400 milyon avroluq ziyana uğradığını açıqlayıb. Odur ki, Messi və Ramos yeni iqtisadi siyasətin qurbanları ola bilərlər. Hər iki futbolçu ilə danışıqlar qeyri-rəsmi formada davam etdirilsə də, müqavilə yalnız maliyyə məsələləri yoluna qoyulduqdan sonra imzalana bilər.

Bir müddət əvvəl Fransa mətbuatı PSJ-nin maliyyə itkilərini azaltmaq üçün 5 futbolçudan imtina edəcəyinə dair xəbər yaymışdı.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər