featured-image-29579

PSJ hücumçusu Lionel Messinin əvəzləyicisini müəyyənləşdirib.

Msport.az xəbər verir ki, Paris təmsilçisi “Kristal Pelas”ın yarımmüdafiəçisi Maykl Oliseni heyətinə qatmağı planlaşdırır.

21 yaşlı futbolçu bu mövsüm “qartallar”ın heyətində 37 oyuna çıxıb, 2 qol vurub və 9 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Messinin PSJ ilə müqaviləsi bu yay bitir. Onun “Barselona”ya dönəcəyi gözlənilir.

Royal Türksoy

Bənzər xəbərlər