featured-image-29345

Lionel Messi PSJ-də qala bilər. Msport.az “Footmercato”ya istinadən xəbər verir ki, Paris klubu 35 yaşlı futbolçuya müqavilənin uzadılması ilə bağlı sərfəli təklif edib.

Argentinalı hücumçunun Fransa təmsilçisi ilə anlaşması bu ilin iyununda başa çatır.

Qeyd edək ki, bir neçə gün öncə Messinin iki həftəlik məşqlərdən uzaqlaşdırılması barədə xəbər yayılsa da, bu rəsmən təsdiqlənməmişdi. Ulduz futbolçu sosial şəbəkədə PSJ rəhbərliyindən və oyunçulardan üzr istədiyi videonu yayımladı.

Leonun “Barselona”ya keçə biləcəyi ilə də bağlı ikitərəfli xəbərlər gəlməkdədir. Bəzi mənbələr Kataloniya klubunun hücumçunu transfer etmək üçün əllərindən gələni etdiyini yazır. Lakin digər mənbələrə görə, onsuz da bu transfer “Barsa”nın maliyyə imkanlarına görə, mümkün deyil.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər