featured-image-45200

Fransanın PSJ klubu futbolçusu Əşrəf Hakimi ilə müqavilənin müddətini uzatmaq niyyətindədir.

Msport.az “Le Parisien” nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisinin rəhbərliyi 25 yaşlı cinah müdafiəçisinə 2028 və ya 2029-cu ilədək sözləşmə təklif etmək istəyir.

Mərakeşli oyunçunun müqaviləsi 2026-cı ildə başa çatacaq.

Qeyd edək ki, Əşrəf Hakimi cari mövsüm Liqa 1-də 19 oyuna çıxıb, 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər