featured-image-31310

PSJ baş məşqçi postuna dörd namizədi nəzərdən keçirir. Msport.az xəbər verir ki, bu barədə “L`Equipe” klubdakı mənbəyə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Paris təmsilçisi “Bayern”in sabiq baş məşqçisi Yulian Naqelsmannla danıışıqlar aparıb. Bundan başqa, İspaniya millisinin və “Barselona”nın sabiq çalışdırıcısı Luis Enerike və hazırda “Bayer”ə rəhbərlik edən Xabi Alonso ilə də kontakta girilib.

“Bu doğrudur ki, klub rəhbərliyi adıçəkilən 3 namizədlə danışıqları davam etdirir. Lakin bu siyahıda olmayan daha bir məşqçi var” – mənbə belə deyib.

Xatırladaq ki, hazırda PSJ-nin sükanı arxasında Kristof Qaltye çalışır. Onun müqaviləsi 2024-cü ilin iyununa kimidir.

ANAR  

Bənzər xəbərlər