PSJ-nin baş məşqçisi polis tərəfindən saxlanılıb
PSJ-nin baş məşqçisi Kristof Qaltye və oğlu Con Valoviç bu gün Nitsa polisi tərəfindən saxlanılıblar.
Msport.az “Le Parisien”ə istinadən xəbər verir ki, hər iki şəxs irqçi fikirlər səsləndirdiklərinə görə hüquq-mühafizə orqanları tərəfindən sorğulanırlar.
Xatırladaq ki, “Nitsa”nın sabiq idman direktoru Jülyen Furnye apreldə bununla bağlı açıqlama vermişdi. Onun sözlərinə görə, Qaltye 2021-ci ildə “Nitsa”da işləyərkən irqçi fikirlər səsləndirib.
Paris klubunun çalışdırıcısı ittihamları rədd edib və ona böhtan atıldığına görə məhkəməyə üz tutub.
56 yaşlı məşqçinin PSJ-nin baş məşqçi postundan göndəriləcəyi gözlənilir.







