featured-image-29916

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardu Silva yayda PSJ-nin əsas transfer hədəfi olacaq. Msport.az xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.

Mənbənin sözlərinə görə, rəhbərlik böyük ehtimalla komandanı tərk edəcək Lionel Messinin yerinə əvəzləyici axtarır. Paris klubunun nümayəndələri artıq portuqaliyalı futbolçunun menecerləri ilə danışıqlara başlayıblar.

Silva bu mövsüm bütün turnirlərdə 51 oyunda meydana çıxıb, 5 qol vurub və 6 məhsuldar ötürmə verib.

Futbolçunun “şəhərlilər”lə müqaviləsi 2025-ci ilin iyununa kimi nəzərdə tutulub. “Transfermarkt” onun dəyərini 80 milyon avro qiymətləndirir.

ANAR

 

Bənzər xəbərlər